Fen Şuy və kondisioner

Bu gün fen şuy haqqında məlumatı olmayan insan çox nadir hallarda rast gəlinir. Fen Şuy  Qədim Çində yaranmış məkanın harmoniyası və insanın həyatına təsiri haqqında bir elmdir. “Külək və su” kimi tərcümə olunan fen şuy elminin əsəs məqsədi insan və onu əhatə edən mühit arasında harmoniyaya çatmaqdır.

Fen Şuy qaydalarına əsasən hər bir əşyanın məkanda öz yeri olmalıdır, doğru yerləşdirilmədiyi halda otağın energetikasına mənfi təsir göstərə və evin bərəkətini azalda bilər. Bütün əşyalar 5 ünsürdən birini təmsil edir: metall, su, ağac, od və torpaq. Bu qayda kondisionerə də şamil edilir.

Kondisionerin hansı sektorda yerləşdirilməsi mövzusunda bir sıra mübahisələr gedir. Bəziləri düşünür ki, kondisioner metall ünsürünə aiddir və onu ağac və torpaq sektorlarında yerləşdirmək olmaz. Digərləri isə hesab edirlər ki, kondisioner məkana təmiz hava ötürməklə yerləşdiyi sektorun energetikasını artırır.

Kondisioner məişət texnikası olaraq 5 ünsürdən heç birinə aid deyil. Baxmayaraq ki, kondisionerin daxili elementlərinin əksəriyyəti metaldan hazırlanır, biz onları görmürük, demək, metal kimi qəbul etmirik.

Kondisioneri küləklə müqaisə etmək olar. O, otağın havasını hərəkətə gətirməklə məkanın energetikasını gücləndirir və bizi təmiz, sərin və təravətli hava ilə təmin edir. Nəticə etibarilə kondisioner həqiqətən məkanın energetikasına əsaslı təsir göstərir.

Bu təsir hasnı sektorda yerləşdiyindən asılı olaraq müxtəlifdir.

Şimal sektor su ünüsürünə aiddir, külək isə suyu hərəkətə gətirir, gücləndirir, dalğaları qovur. Karyerə həyatında durğunluq yaşayanlara kondisioneri şimal sektorda yerləşdirmək tövsiyyə olunur. Hava axını işlərinizin uğurlu şəkildə gedişatını tezləşdirəcək. Lakin istədyiniz nəticəni əldə etdikdən sonra kondisionerin yanına hava ünsürünə aid əşyalar (dağ və ya gözəl bina təsviri, təbii daşlardan yaxud keramikadan hazırlanmış fiqurlar və s.) yerləşdirməyi unutmayın.

Şərq və cənub-şərq sektor ağac ünsürünün zonasıdır. Külək ağacları əyir və qırır, kökündən çıxarır. Kondisioneri bu sektorda yerləşdirdikdə yanına su (akvarium, fontan, çay, su, göl, bulaq dəniz, qış təsvirləri) və torpaq(dağ və ya gözəl bina təsviri, təbii daşlarda yaxud keramikadan hazırlanmış fiqurlar və s.)  ünsürlərinin elementlərini əlavə etmək məqsədəuyğundur.

Cənub sektor od ünsürünə məxsusdur. Külək odu canlandırır, stimulyasiya edir. Buna görə cənub  küləyi bizə bir yerdə dayanmağa imkan vermir, yaradıcılıq potensialını, şan-söhrəti, reklam və PR-ı artırır və arzularımızın realizasiyasına təkan verir. Lakin bu küləyin burulğana çevrilib odu söndürməməsi üçün onu su və torpaq elementləri ilə tənzimləmək gərəkdir.

Şimal-şərq, cənub qərb və mərkəz sektorlar hava ünsürünün ərazisidir. Külək torpağı qurudaraq səhraya çevirir. Kondisioner mərkəzdə yerləşdirildiyi təqdirdə bütün sektorlar arasında olan enerj mübadiləsini poza bilər. Bunun baş verməməsi üçün kondisionerin yanına od və torpaq elementlərini əlavə edə bilərsiniz.

Qərb və şimal-qərb sektorlar metall ünsürünün himayəsindədir. Külək metallı soyudur, daha möhkəm və sərt edir. Qərb sektorda quraşdırılmış kondisioner insanın səhhətini gücləndirir və müsbət enerj itkisinin qarşısını alır. Direktor və biznesmenlərə kondisioneri şimal-qərb sektorda yerləşdirmək məsləhətdir.  Bu zonada yerləşdirilmiş “külək” intuisiya və uzaqgörənliyinizi, idarəetmə qabiliyyətinizi artıracaq və ən kritik hallarda belə sakitliyinizi qoruyub saxlayacaq.

Beləliklə, evinizdə əsən küləyin hansı istiqamətdə fayda verməsi sizin öz seçiminizdən asılıdır.