Daxıli sahələrin soyudulması: kondisoner seçimi edəndə, ilk öncə onun soyutma qabiliyyətinə (gücünə) fikir vermək lazımdır. Öz növbəsində, lazım olan kondisionerın gücü birbaşa soyudulan sahələrin ölcülərindən (en, uzunluq və hündürlük), təyinatından, yerləşməsindən (şimal və ya cənub), pəncərə sahəsindən, insanların sayından, havalandırma sisteminin olmasından və s. asılıdır.

Güc olçü vahidləri

Bizim üçün gündəlik istifadə  olunan ölçü vahidlərindən başqa, tez-tez digər ölçü vahidlərinə də rast gəlinir . Misal üçün, Britaniyanın istilik vahidi – BTU/saat -la ölçülür. BTU/saat – 1 funt suyun 1 dərəcə Farenqeytə isidilməsi üçün lazım olan istiliyin vahididir.

Sİ sistemi (International System of Quantities, ISQ ) ilə  BTU/saat-ın  nisbəti:

  • 1Vt =3,412 BTU/saat və yə
  • 1000 BTU/saat =293 Vt

Kondisionerin gücü necə ölçülür?

Hər kondisioneri əsas xarakteirzə edən amil  onun gücüdür (soyutma gücü). Təqribi soyutma gücü  Q (kilovatla)  aşağıda  qəbul edilmiş  metodla  hesablanır:

Q = Q1 + Q2 + Q3

Q1 — Tavan, divar, pəncərə, döşəmədən gələn istilik. Q1 = S * h * q / 1000,  burada
S — otağın sahəsi (kv.m);
h — otağın hündürlüyü (m);
q — əmsal, 30 — 40 Vt/kv. m. bərabərdir:
q = 30 qaranlıq və ya pis işıqlandırılan otaqlar üçün;
q = 35 orta işıqlanması olan otaqlar üçün;
q = 40 çox miqdarda gün işiğı olan otaqlar üçün.Əgər otağa birbaşa günəş şüaları düşürsə, pəncərədə jalüz və ya açıq rəngli pərdələr olmalıdır.
Q2 — İnsandan qələn istilik. 0,1 kVt — Sakit vəziyyətdə;
0,13 kVt
 — Yüngül hərəkəti ilə;
0,2 kVt
 — Fiziki yüklənmə zamanı;
Q3 — Məişət texnikasından gələn istilik 0,3 kVt — Kompüterdən;
0,2 kVt
 — Televizordan;Digər cihazlar üçün hesab edilir ki, onlardan gələn istilik, maksimal istehlak gücünün 30% bərabərdir.

Qeyd edək ki, bu metodika yalnız nisbətən kiçik olan sahələr (mənzillər, ayrı-ayrı otaqlar, marketlər ) üçün istifadə oluna bilər. İnzibati binalar, iri  ticarət və sənaye obyektləri  üçün digər, daha çox parametri özündə əks edtirən metodikalar istifadə olunur.