Alternativ sərinləmə vasitələri

Qızmar yay günlərində ən yaxşı sərinləmə vasitəsi kondisionerdir. Kondisioner həm havanı təmizləyir, həm komfort sərinlik yaradır. Lakin hər hansısa bir səbəbdən kondisioner quraşdırılmamış evlərdə belə müəyyən qədər sərinlik yaratmaq mümkündür. Bir sıra alternativ sərinləmə üsulları mövcuddur ki, yayın isti günlərində sizi xilas edə bilər. Bunlar aşağıdakılardır.

  • Pəncərəyə qalın pərdə yaxud jalüzi asın. Günəş şuaları otağa düşdüyü halda məkandakı temperaturu 3-10°C artırır və istixana effekti yaradır.
  • Ventilyator. Ventilyatorun yanına yaxud altına buzlu su qoyduqda kondisioner effekti yaradır. Ventilyatorun mənfi cəhəti yüksək enerj sərfiyyatıdır.
  • Buzlu içkilər için. Kiçik porsiyalarla içdikdə boğaz ağrısına səbəb olmadan tər ifrazını azaldır.
  • Bacardığınız qədər sərin və isti duş qəbul edin. Sərin duş bədənin temperaturunu aşağı salacaq, isti duş isə otağın temperaturunun daha sərin olmasının illüziyasını yaradacaq.
  • Sobadan az istifadə etməyə çalışın.
  • Günorta saatlarında fiziki aktivliyinizi azaldın. İşlərinizi səhər saatlarında və axşam görüb, günorta isə istirahət etmək tövsiyyə olunur.
  • Əgər evin istisi yatmağa imkan vermirsə, yataq dəstini polietilen paketdə bir müddət soyuducuda saxlayın. Bu, qısa müddətlik olsa da sərinlik yaradacaq.
  • Rahat geyim tərzini seçin. Yay paltarları ağ rəngdə və sərbəst olduğu halda istinin yaşatdığı diskomfort azalacaq.
  • Yay mövsümündə xanımlara makiyajdan minimum istifadə etmək tövsiyyə olunur. Makiyaj dərinin nəfəs almasını çətinləşdirir.
  • Akvarium evin havasını sərinlətmə xüsusiyyətinə malikdir. Belə ki, isti havada akvarimun suyu buxarlanaraq sərinlik yaradır.
  • Yaşıl çay için. Yaşıl çay istilik mübadiləsini tənzimləyir.
  • Xurma, banan, yaşıl və ağ rəngli meyvə və tərəvəzlərə üstünlük verin. Bunlar sərinlədici effektə malikdir.
  • Spirtli içkilərdən və kofedən imtina edin. Limonad içmək həmçinin tövsiyyə olunmur, çünki limonad təzyiqi artırır ki, bu da isti havada arzuolunan deyil.
  • Mümkün qədər səhər saat 11-dən axşam saat 5-ə qədər çölə çıxmayın. Bu saatlarda şualanma dərəcəsi kifayət qədər yüksəkdir.
  • Günorta saatlarında elektrik enerjisi sərf edən və isti ifraz edən texnikadan istifadə etməməyə çalışın. Bu otağın isinməsinin qarşısını azalacaq.