Evin havasını təmiz saxlamağın 8 üsulu

Bir çox insanlar yanlış olaraq zərərli maddələrin və toksinlərin çöldəki havada daha çox olduğunu düşünür. Lakin evdəki havanın çirklənmə dərəcəsi  çöldəki havadan 70% yüksəkdir. Evdəki hava müxtəlif mənbələrdən yaranan bir sıra toksinlərlə doludur: benzol(boyalar, yeni xalça, yeni pərdə və mebel üzlükləri), ammiak(tütün və təmizləyici vasitələr), formaldeqid (şkaflar, mebellər, DSP və s.), toz gənələri, viruslar və baketirayalar və s.

Toksinlərin insan bədəninə təsiri baş ağrısı, diqqətin pozulması, yorğunluq və halsızlıq, baş fırlanması, bronxial astma, ürək-damar xəstəlikləri və immunitetin zəifləməsi kimi fəsadlar yaradır.

Lakin evinizin havasını təmiz və sağlam etməyin bir sıra metodları var. Bunlar aşağıdakılardır:

  1. Havalandırma. Otağın minimum olaraq gündə 2 dəfə havasını dəyişmək vacibdir. Əks halda məkanda normadan artıq zərərli maddələr yığılır.
  2. Kondisioner. Kondisioner havalandırma ilə tandemdə uğurlu şəkildə havanı təmizləməyə qadirdir. Otağın havasını dəyişdikdən sonra kondisioneri yandırmaq tövsiyyə olunur. Müasir kondisionerlər allergenləri, tozu, virus və bakteriyaları, tüstünü və xoşagəlməz qoxuları təmizləyən filterlə təchiz olunub.
  3. Hava təmizləyiciləri. Müasir hava təmizləyiciləri kifayət qədər böyük ölçülü məkanı tozdan, allergenlərdən, heyvanların tükündən, virus və bakteriyalardan təmizləmə gücünə malikdir. Bu qurğuların filterlərini vaxtında dəyişmək şərtdir. Əks halda havanı təmizləmək əvəzinə daha çox çirkləndirəcək.
  4. Havalandırma sistemləri. Havalandırma sistemləri pəncərəni açmadan otağın havasını təmizləməyə imkan yaradır. Ventilyasiya çöldən otağa oksigenlə qidalandırılmış və tibbi standartlara uyğun təmizləmə flterləri ilə bütün çirləndirici maddələrdən təmizlənmiş hava ötürür. Soyuq mövsümdə isə havanı təyin edilmiş temperatura qədər isidir ki, bu da yelçəkənlərin yaranmasının qarşısını alır.
  5. Otaq bitkiləri. Otaq bitkiləri havanı oksigenlə qidalandırmaqla yanaşı karbon qazından və zərərli maddələrdən təmizləyərək otaqda sağlam hava yaradır. Asparaqus, fikus, aloe kimi bitkilər otağın havasını təmizləmək üçün ən faydalı bitkilər sayılır.
  6. Hava ionizatorları. İonizatorlar havanı insan orqanizminə yaxşı təsir edən mənfi ionlarla qidalandırır. Bu səbəbdən otağın havasının təmiz qalması üçün ionizatorlardan əlavə vasitə kimi istfadə etmək tövsiyyə olunur.
  7. Toz gənələri ilə mübarizə. Əsasən evlərdə rast gəlinən toz gənələri insanda allergik reaksiyalara səbəb ola bilər. Toz gənələrinin ölçüləri 0.1-0.5 mm arası dəyişir. Bu varlıqlar döşək və xalçalarda məskunlaşır və insanın il ərzində 350-400 q miqdarında tökdüyü ölü dəri hissəcikləri ilə qidalanır.
    Toz gənələrindən qorunmaq üçün döşəkləri və yastıqları mütləq şəkildə üzləmək tövsiyyə olunur.
  8. Kimyəvi təmizləmə vasitələrinin azaldılması. Kimyəvi təmizləmə vasitələri ammiak kimi zərərli maddələrlə evin havasını çirkləndirir. Bunun qarşısını almaq üçün mümkün qədər bu vasitələri təbii alternativləri ilə əvəz etməyiniz tövsiyyə olunur.

Beləliklə, evinizin havasının təmizliyini təmin etmək sizin öz əlinizdədər. Unutmayın ki, sizin sağlamlığınız evinizin havasının təmizliyindən asılıdır.