[vc_row][vc_column][vc_column_text css_animation=”fadeIn”]Bütün kondisionerlərin düzgün istismarı yalnız müvafiq işlətmə rejiminə riyayət etməklə kifayət etmir, vaxtında texniki profilaktik xidmət da tələb edir. Bu kondisionerlərin istismar müddətini uzadır və vaxtından əvvəl sıradan çixmasının qarşısını alır  və ən əsas  insan sağlamlığına  ziyan vurulmasının qarşısını alır.  Vaxtında göstərilməyən   texniki profilaktik işlər filterlərin, istilik mübadilə qurğularının (heat exchanger) çirkləməsinə, daxili blokların drenaj altlıqlarında   və hava pərlərində  kifin və mikroorqanizmlərin  əmələ qəlməsinə qətirib çixara bilər. Nəticədə  mikrob və bakteriyalar  kondisionerin işlədiyi otaqda havaya düşərək insan sağlamlığına ziyan vura bilər. Çirklənmə  kondisionerlərin məhsuldarlığını aşağı salmaqla  yanaşı onların tez sıradan çıxmağına səbəb olur.

Təmizlənmə işlərinin mərhələləri:

  • Kondisionerinin demontaji
  • İç və çöl bloklarının təmizlənməsi
  • Drenaj sisteminin təmizlənməsi
  • Elementlərinin çixarılması və yuyucu vaistələr ilə yuyularaq qurudulması
  • İstilik mübadilə qurğusunun yuyularaq dezinfeksiya edilməsi
  • Kondisionerinin montaji

Çıxarılması  mümkün olmayan elementlərin və istilik mübadilə  qurğusunun xüsusi avadanliqla təmizlənməsi  və bütün lazım olan elementlərin anti bakterial maye ilə təmizlənməsi həyata keçirilir.

Kondisionerlərin təmiri

Kondisionerlərinin təmiriKondisionerlərin təmiri mürəkkəb  texniki tədbirlərinin kompleksidir  və bunları sizin üçün   AUX Servisinin yüksək təcrübəli ustaları asanlıqla və ən qısa müddətdə həyata keçirə bilərlər. Adətən kondisionerlərlərin siradan çixmasının səbəbi vaxtinda texniki xidmətin göstərilməməsi  olur:

  • barmaqlıqların içinə toz dolması
  • düyünlərinin çirklənməsi
  • drenaj sisteminin çirklənərək axıntı suyunu içəriyə verməsi
  • istilik mübadilə qurğularının (evaporator, condenser) çirklənməsi
  • kifin əmələ qəlməsi
  • elektron komponentlərdə stabil olmayan elektrik enerjisi səbəbindən yaranan nasazlıq
  • Mis boru bağlantılarının hermetik olmaması üzündün freon sızması
  • Kompressorun qısa qapanması
  • İdarəetmə pultunun nasazlıqı

Kondisionerin sıradan çixmasının başqa  səbəbləri

Kondisionerlər düzgün olayan təyinat yerinə və texniki şərtlərə görə quraşdırıldığı halda da tez sıradan çıxa bilər. Bu hallara kondisionerin gücünün və tipinin  otağın həcminə və  hava şərtlərinə uyğun seçilməməsi, çöl blokların quraşdırıldığı yerlərin havalanmaması, iç blokla çöl blok arasındakı hündürlüyə və uzunlüğa görə qoyulmuş boru limitinin keçilməsi və istehsalçı tərəfindən məsləhət görülməyən bir sıra başqa  tələblər aiddir.

Freon doldurma xidməti

Təmizlənmə və dizinfeksiya xidmətiFreonun sızması səbəbindən  iqlim avadanlıqlarının (kondisionerlərin)  işləməməsi və ya sıradan çıxması daha çox yayılmış nasazlıqlardan biridir.

Kondisionerin daxili və çöl bloklarının istilik mübadilə qurğusunun  üstündə buz ərpi əmələ gəlməsi halı freonun çatışmazlğının əlamətlərindən biridir. Lakin bu hal filterlərin çirklənmə səbəbindən də yarana bilər, o baxımdan kondisionerin nasazlığını aradan qaldırmaq üçün təcrübəli ustanın müayinəsi  və diaqnozu vacibdir.

Bir çox kondisioner  istifadəçiləri elə düşünürlər ki, kondisionerlərə vaxtaşırı freon doldurmaq və ya əlavə etmək lazımdır . Bu tamamilə yanlış fikirdir. Kondisionerin freon borularlnda, boruların birləşmələrində, istilik mübadilə qurğularında və başqa detallarında  (4 yol klapan, açıb bağlayıcı kranlar və s.) mexaniki və ya fiziki zədələnmələr və ya dəliklər olduğu  və ya istehsalçı qüsurları olduğu hallarda qaz sızması baş verir.

Təbii ki, qaz sızmasına görə  istehsalçı qüsurlarının  olmaması üçün kondisioner seçimini etdikdə  yalnız sistemin  hermetikliyini,  daşınma zamanı  davamlılığını və bir sıra başqa keyfiyyət xüsusiyyətlərini laboratoriya şəraitində testdən keçirən AUX kimi məşhur brendlərdən almaq məsləhət görülür.

AUX kondisionerləri funksional, etibarlıılıq, ekstremal temperaturlarda işləmə, uzunömürlülük, sağlamlıq, qənaətçilik və bir sıra başqa istehlak xüsusiyyətlərinə cavab verməsi üçün laboratoriya şəraitində 58 testdən keçir.

Qeyd etdiyimiz kimi kondisionerlərdə qaz sızmasıının  yaranmaması üçün  onların montajı  həm peşəkar ustalar tərəfindən həyata keçirilməlidir və həm də keyfiyyətli birləşdirici mis borulardan istifadə edilməlidir. Məhz bizim AUX şirkətinin servisinə müraciət etməklə sizin kondisioneriniz etibarlı əllərdə olacaq.

Bundan əlavə AUX məişət kondisionerlərinin montaj dəstinə qalılığı 0.7mm-0.8 mm. olan keyfiyyətli  mis borular daxildir ki, kondisionerləri alan zaman həmin borularla montaj edildikdə gələcəkdə qaz sızması ilə bağlı heç bir problem yaşamayacaqsınız .[/vc_column_text][/vc_column][/vc_row][vc_row][vc_column][vc_column_text]

Servisə yazıl

Adınız Kondisonerin markası Tarix Telefon nömrəniz
Nasazlıq əlamətləri

[/vc_column_text][/vc_column][/vc_row]