Bütün kondisionerlərin düzgün istismarı yalnız müvafiq işlətmə rejiminə riyayət etməklə kifayət etmir, vaxtında texniki profilaktik xidmət da tələb edir. Bu kondisionerlərin istismar müddətini uzadır və vaxtından əvvəl sıradan çixmasının qarşısını alır və ən əsas insan sağlamlığına ziyan vurulmasının qarşısını alır. Vaxtında göstərilməyən texniki profilaktik işlər filterlərin, istilik mübadilə qurğularının (heat exchanger) çirkləməsinə, daxili blokların drenaj altlıqlarında və hava pərlərində kifin və mikroorqanizmlərin əmələ qəlməsinə qətirib çixara bilər. Nəticədə mikrob və bakteriyalar kondisionerin işlədiyi otaqda havaya düşərək insan sağlamlığına ziyan vura bilər. Çirklənmə kondisionerlərin məhsuldarlığını aşağı salmaqla yanaşı onların tez sıradan çıxmağına səbəb olur.
Təmizlənmə işlərinin mərhələləri:
- Kondisionerinin demontaji
- İç və çöl bloklarının təmizlənməsi
- Drenaj sisteminin təmizlənməsi
- Elementlərinin çixarılması və yuyucu vaistələr ilə yuyularaq qurudulması
- İstilik mübadilə qurğusunun yuyularaq dezinfeksiya edilməsi
- Kondisionerinin montaji
Çıxarılması mümkün olmayan elementlərin və istilik mübadilə qurğusunun xüsusi avadanliqla təmizlənməsi və bütün lazım olan elementlərin anti bakterial maye ilə təmizlənməsi həyata keçirilir.
Kondisionerlərin təmiri
Kondisionerlərin təmiri mürəkkəb texniki tədbirlərinin kompleksidir və bunları sizin üçün AUX Servisinin yüksək təcrübəli ustaları asanlıqla və ən qısa müddətdə həyata keçirə bilərlər. Adətən kondisionerlərlərin siradan çixmasının səbəbi vaxtinda texniki xidmətin göstərilməməsi olur:
- barmaqlıqların içinə toz dolması
- düyünlərinin çirklənməsi
- drenaj sisteminin çirklənərək axıntı suyunu içəriyə verməsi
- istilik mübadilə qurğularının (evaporator, condenser) çirklənməsi
- kifin əmələ qəlməsi
- elektron komponentlərdə stabil olmayan elektrik enerjisi səbəbindən yaranan nasazlıq
- Mis boru bağlantılarının hermetik olmaması üzündün freon sızması
- Kompressorun qısa qapanması
- İdarəetmə pultunun nasazlıqı
Kondisionerin sıradan çixmasının başqa səbəbləri
Kondisionerlər düzgün olayan təyinat yerinə və texniki şərtlərə görə quraşdırıldığı halda da tez sıradan çıxa bilər. Bu hallara kondisionerin gücünün və tipinin otağın həcminə və hava şərtlərinə uyğun seçilməməsi, çöl blokların quraşdırıldığı yerlərin havalanmaması, iç blokla çöl blok arasındakı hündürlüyə və uzunlüğa görə qoyulmuş boru limitinin keçilməsi və istehsalçı tərəfindən məsləhət görülməyən bir sıra başqa tələblər aiddir.
Freon doldurma xidməti
Freonun sızması səbəbindən iqlim avadanlıqlarının (kondisionerlərin) işləməməsi və ya sıradan çıxması daha çox yayılmış nasazlıqlardan biridir.
Kondisionerin daxili və çöl bloklarının istilik mübadilə qurğusunun üstündə buz ərpi əmələ gəlməsi halı freonun çatışmazlğının əlamətlərindən biridir. Lakin bu hal filterlərin çirklənmə səbəbindən də yarana bilər, o baxımdan kondisionerin nasazlığını aradan qaldırmaq üçün təcrübəli ustanın müayinəsi və diaqnozu vacibdir.
Bir çox kondisioner istifadəçiləri elə düşünürlər ki, kondisionerlərə vaxtaşırı freon doldurmaq və ya əlavə etmək lazımdır . Bu tamamilə yanlış fikirdir. Kondisionerin freon borularlnda, boruların birləşmələrində, istilik mübadilə qurğularında və başqa detallarında (4 yol klapan, açıb bağlayıcı kranlar və s.) mexaniki və ya fiziki zədələnmələr və ya dəliklər olduğu və ya istehsalçı qüsurları olduğu hallarda qaz sızması baş verir.
Təbii ki, qaz sızmasına görə istehsalçı qüsurlarının olmaması üçün kondisioner seçimini etdikdə yalnız sistemin hermetikliyini, daşınma zamanı davamlılığını və bir sıra başqa keyfiyyət xüsusiyyətlərini laboratoriya şəraitində testdən keçirən AUX kimi məşhur brendlərdən almaq məsləhət görülür.
AUX kondisionerləri funksional, etibarlıılıq, ekstremal temperaturlarda işləmə, uzunömürlülük, sağlamlıq, qənaətçilik və bir sıra başqa istehlak xüsusiyyətlərinə cavab verməsi üçün laboratoriya şəraitində 58 testdən keçir.
Qeyd etdiyimiz kimi kondisionerlərdə qaz sızmasıının yaranmaması üçün onların montajı həm peşəkar ustalar tərəfindən həyata keçirilməlidir və həm də keyfiyyətli birləşdirici mis borulardan istifadə edilməlidir. Məhz bizim AUX şirkətinin servisinə müraciət etməklə sizin kondisioneriniz etibarlı əllərdə olacaq.
Bundan əlavə AUX məişət kondisionerlərinin montaj dəstinə qalılığı 0.7mm-0.8 mm. olan keyfiyyətli mis borular daxildir ki, kondisionerləri alan zaman həmin borularla montaj edildikdə gələcəkdə qaz sızması ilə bağlı heç bir problem yaşamayacaqsınız .